Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.
Heftelik.az xəbər verir ki, bununla bağlı bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib.
O bildirib ki, İlham İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.
Politoloq Nəsimi Məmmədli İlham İsmayılın artıq reanimasiyadan palataya köçürüldüyünü bildirib. Onun sözlərinə görə, həkimlər İlham İsmayıla əməliyyat tövsiyyə etməyib:
“Onikibarmaq bağırsaqda qanaxma baş verib. Müayinə zamanı orada xora aşkarlanıb. Ürəyində problem olduğundan həkimlər əməliyyat etməyib və müalicə etməyə qərar verlib”.
Nəsimi Məmmədli İlham İsmayılın vəziyyətinin yaxşılığa doğru getdiyini vurğulayıb.
