İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində 21 nəfər ölüb.

Heftelik.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Beləliklə, 100 nəfər xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.

Hadisə Andalusiya muxtar icmasında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil.

Madrid-Andalusiya xəttində sürətli qatar xidməti müvəqqəti olaraq dayandırılıb. Dəmir yolu operatoru hadisənin nəticələrini açıqlamadan təsdiqləyib.