Akkreditasiya Komissiyası 1 ay ərzində Yekun Hesabat hazırlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Zərurət yaranarsa əlavə araşdırmalarla 2 ay müddətində hesabat tamamlanır. Hesabatda fəaliyyətin keyfiyyəti Akkreditasiya Meyarlarına uyğun qiymətləndirilir. Əvvəlki çatışmazlıqların aradan qaldırılması qeyd olunur. Tövsiyələr və digər məlumatlar da daxil edilir.