Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz İrandakı Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdədir, bütün bu müddət ərzində fəaliyyət bir an belə olsa dayanmayıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşəndə bununla bağlı müraciət edə bilərlər:
“Biz burada hər hansı ciddi problem görmürük, səfirliyimiz və baş konsulluğumuz fəaliyyətdədir”.
