Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Qərib Mehdi bu gün vəfat edib.
Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Qərib Mehdi 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər.
1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində çalışıb. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan “İlham” ədəbi birliyinə rəhbərlik edib. 10-dan çox bədii kitabı işıq üzü görüb. Pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib.
2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
