Suriya Ordusu Haseke vilayətini və Ayn el-Arab şəhərini azad etmək üçün əməliyyata başlayıb.

Heftelik.az-ın xəbərinə görə, Suriya Prezidenti Əhməd əş-Şaraa və YPG/SDQ-nin rəhbəri Məzlum Abdi arasında atəşkəs və inteqrasiyaya dair danışıqlar nəticəsiz başa çatıb.

Görüşdə əsas müzakirə mövzusu ölkənin şimal-şərqində, İraqla sərhəddə yerləşən Haseke vilayətinin statusu ilə bağlı olub. Dəməşqdə 5 saat davam edən danışıqlar zamanı Məzlum Abdi Hasekenin YPG/SDQ-nin nəzarıti altında qalmasında israr edib. Əhməd əş-Şaraa isə daxili təhlükəsizlik qüvvələrinin Hasekeyə daxil olması və dövlət qurumlarına nəzarətin təhvil verilməsini tələb edib. Məzlum Abdinin Haseke şəhərinə nəzarətin YPG/SDQ-nin nəzarətində qalmasında israr etməsi qarşılığında Suriya Prezidenti Ordunun əməliyyatları davam etdirəcəyini bildirib. Məzlum Abdi məsləhətləşmələr üçün 5 gün vaxt istəsə də, Əhməd əş-Şaraa bazar ertəsi gecə yarısına qədər qərar verilməsini tələb edib.

Tərəflərin razılığa gəlməməsi fonunda Haseke vilayəti ətrafında və Ayn el-Arab şəhərinin cənubunda başlayan döyüşlər səhər saatlarında dayanıb. Rakka şəhərindən şimalda Aktan Həbsxanası ətrafında döyüşlər də dayanıb. Suriye Ordusu Haseke vilayəti ətrafı və Haseke şəhərin girişi daxil olmaqla, 4 yerdə mövqe tutub.

Bu gün günorta saatlarında isə Haseke vilayəti ətrafında və Ayn el-Arabın cənubunda döyüşər yenidən başlayıb. Hasekedə döyüşlər əsasən Abdülaziz dağı ətrafında gedir.

Bu arada Hasekenin cənubundakı Kabur su anbarı da Suriya Ordusunun nəzarətinə keçib.

Xatırladaq ki, Suriya Ordusu apardığı əməliyyatlar nəticəsində yanvarın 18-də Deyrizor vilayəti və Rakka şəhərini YPG/SDQ-dən azad edib.

Qeyd edək ki, Suriya Ordusunun son əməliyyatlarına qədər YPG/SDQ Suriya ərazisinin 1/3-nə nəzarət edirdi. Bura Suriyanın əsas neft yataqlarının yerləşdiyi Rakka və Deyrizor bölgələri də daxildir.
Türkiyə PYD və PYD-nin silahlı qanadı YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğunu bəyan edir. Bu qruplaşma isə özünü Suriya Demokratik Qüvvələri (SDQ) kimi təqdim edir.