ABŞ Prezidenti Donald Tramp vitse-prezident Djey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancdığı foto yayımlayıb.
Heftelik.az xəbər verir ki, foto Donald Trampın “Truth Social” hesabında yerləşdirilib.
Fotoda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış bir lövhə də görünür.
Donald Tramp yazıb ki, ABŞ tərəfi adanın ilhaqı ideyasından geri çəkilməyəcək.
