Akkreditasiya qərarları və Yekun Hesabat Agentlik və təhsil müəssisəsinin rəsmi internet səhifələrində dərc olunur

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Akkreditasiya qərarları və Yekun Hesabat Agentlik və təhsil müəssisəsinin rəsmi internet səhifələrində dərc olunur.

Təhsil müəssisəsinin və proqramlarının akkreditasiyası haqqında verilmiş şəhadətnamə elektron sənəd formasında hazırlanır və notarial qaydada kağız nüsxəsi ilə eyniləşdirilə bilər. Şəhadətnamədə akkreditasiya növü, verilmə tarixi, etibarlılıq müddəti və qərarın nömrəsi göstərilir. Bütün məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Təhsil müəssisəsi Agentliyin hərəkətlərindən və akkreditasiya qərarından inzibati və ya məhkəmə qaydasında şikayət edə bilər.