UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün VII turun daha növbəti oyunları keçirilir.
Heftelik.az xəbər verir ki, günün maraqla gözlənilən matçında Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İspaniya “Atletiko”sunu qəbul edib.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, eyni vaxtda başlayan oyunda Azərbaycanın “Qarabağ” komandası öz meydanında Almaniyanın “Ayntraxt” Frankfurt komandasını son dəqiqə qolu ilə 3:2 məğlub edib.
Günün digər qarşılaşmaları saat 00.00-da başlayacaq.
Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi
