
Təhsil müəssisələrinin akkreditasiyası TMİS elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Müraciətlər yalnız elektron qaydada qəbul olunur. Hər müəssisəyə şəxsi kabinet yaradılır və qeydiyyat şifrəsi göndərilir. Müəssisələr kabinetdə məlumatları izləyə və müraciət statusunu yoxlaya bilirlər. Bu sistem akkreditasiya prosesini şəffaf və sürətli edir.
