Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Heftelik.az xəbər verir ki, hadisə dünən gecə saatıarında Nərimanov rayonunda baş verib.

1994-cü il təvəllüdlü Tural Şəfizadə idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Ramal Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosiklet ilə toqquşub.

Hadisə nəticəsində Ramal Səfərli ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.