Magistratura proqramları üçün xüsusi akkreditasiya proseduru mövcuddur.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Prosedur Azərbaycan Milli Elmlər Akademiyasının magistratura proqramlarına da tətbiq edilir. Məqsəd proqramın dövlət standartlarına uyğunluğunu yoxlamaqdır. Komissiya proqramın keyfiyyətini qiymətləndirir və Yekun Hesabatı hazırlayır. Nəticələr təhsil müəssisəsinin akkreditasiya statusunu müəyyən edir.
