Növbədənkənar akkreditasiya müəyyən hallarda keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Müraciət, fəaliyyət planının icrasının pozulması və ya məhkəmə qərarı kimi səbəblər nəzərə alınır. Həmçinin maraqlı tərəflərin əsaslı şikayətləri bu proseduru başlada bilər. Akkreditasiya yalnız Agentliyin qərarı ilə təxirə salına bilər. Təxirə salınma zamanı şəhadətnamənin etibarlılıq müddəti uzadılır.
