Akkreditasiya Şurasının qərarından sonra müəssisə Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarət məqsədilə fəaliyyət planı hazırlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Fəaliyyət planı növbəti dövr üçün akkreditasiya olunduqda altı ay, təkrar akkreditasiya qərarı verildikdə isə üç ay sonra Agentliklə razılaşdırılmaqla təsdiq olunur. Agentlik fəaliyyət planının icrasına nəzarət edir və illik hesabatları təhlil edir. Təkrar akkreditasiya nəticəsində təhsilalanların qəbulunun azaldılması və ya dayandırılması məsələlərinə baxılır. Təkrar akkreditasiyadan keçməyən müəssisənin növbəti təkrar akkreditasiyası keçirilmir.