Toz təmizləmə sistemləri ticarət sahəsi 6500 m²-dən böyük mağazalarda, mehmanxanalarda və idarəetmə müəssisələrində nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Sistemlərin tətbiqi texniki-iqtisadi əsaslandırmalarla təsdiq olunmalıdır. Texniki tapşırıqla sistemin detalları müəyyən edilir. Sanitariya-gigiyenik tələbləri yüksək olan binalarda bu sistemlərin qurulması vacibdir.
