Türkiyənin İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsi əməkdaşları “Daltonlar” cinayətkar qruplaşmasının xaricdəki strukturlarının rəhbərlərindən biri olan “Dalton İntizar” ləqəbli qaydasız döyüş idmançısı İntizar Babaniyazovun Azərbaycan ərazisində olduğunu müəyyən ediblər.

Heftelik.az Bakupost.az-a istinadən verdiyi xəbərə görə, Babaniyazov “Daltonlar” dəstəsi adından hədələyici görüntülü zənglər və xərac tələb etmək, o cümlədən silahlı hücumların təşkilində ittiham olunur.

Babaniyazov Azərbaycan hüquq-mühafizə orqanları ilə koordinasiyalı əməliyyat nəticəsində saxlanılıb və ölkədəki hüquqi prosedurlar tamamlandıqdan sonra İstanbula aparılıb. İstanbul məhkəməsinin qərarı ilə həbs olunan cinayətkar Maltəpə həbsxanasına yerləşdirilib.

Məlumata görə, Babaniyazov xaricdəki “Daltonlar” cinayət dəstəsində mühüm rol oynayıb.

Qeyd edək ki, son aylarda adıçəkilən dəstənin xaricdəki bir çox üzvləri Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə həyata keçirilən əməliyyatlar nəticəsində saxlanaraq Türkiyəyə aparılıb.