Milli Məclisin deputatları parlamentdaxili məsuliyyətə cəlb olunduqda müxtəlif intizam tədbirləri tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində əksini tapıb.
Tətbiq olunan tədbirlər arasında xəbərdarlıq, söz kəsmə və iclas salonundan çıxarma var.
Habelə töhmət və deputat səlahiyyətlərinin itirilməsi tədbirləri də nəzərdə tutulur.