Müşahidələrin aparılma vaxtları texniki tapşırığın hazırlanması mərhələsində müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar. Geotexniki monitorinq və layihə tələbləri”ndə əksini tapıb.

Proqram deformasiya və möhkəmlik xüsusiyyətlərinin təhlilinə imkan yaratmalıdır. Monitorinq obyektlərinin həddi aşan deformasiya yaranarsa, müşahidə vaxtları dəyişdirilə bilər. Bu, binanın və ətrafın təhlükəsizliyini təmin edir.