“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer artıq yataq xəstəsi deyil.

Heftelik.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 2013-cü il dekabrın 29-da Fransada Alp dağlarında xizək sürüşü zamanı yıxılaraq başından ağır zədə alan 57 yaşlı Mixael Şumaxer artıq təkərli arabada oturaraq Majorcadaki malikanəsində və Cenevrə gölü sahillərində gəzə bilir.

Beləliklə, 13 il davam edən müalicə prosesindən sonra Mixael Şumaxer artıq yataq xəstəsi deyil.