“Oktyabrın 6-dan İran tərəfindən müstəqilliyimizə qarşı bəzi təsirlər olub. ABŞ Prezidenti İrana qarşı bəzi tədbirlərin vacibliyi barədə açıqlama verib”.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran vətəndaşlarının kütləvi şəkildə qırılmasının fotoları yayılır: “İranda mövcud rejim tərəfindən öz insanları qırılır. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar?! Heç vaxt imkan vermək olmaz ki, kütləvi qırğın silahı onların əlində olsun”.