Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib.
ANAMA-dan Heftelik.az-a verilən xəbərə görə, o, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib.
Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib.
Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər.
