Aparıcı Səidə Bəkirqızının müğənni Rəqsanə İsmayılovanın son günlər sosial şəbəkələrdə yayılan fotosessiyası ilə bağlı səsləndirdiyi fikirlərə müğənninin cavabı gecikmədi.Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşım edərək aparıcının ünvanına sərt və tənqidi fikirlər səsləndirib.
Müğənni bildirib ki, əgər qarşı tərəf peşəkar olsaydı, vaxtilə çalışdığı televiziya kanalından uzaqlaşdırılmazdı:
“Hərəsi bir dənə yutub, instaqram səhifəsi açıb, adlarını jurnalist qoyublar. Sən kimsən bizim haqqımızda danışasan? Bəsdir də. Ayıbdır. Nə edək, indi dava edək səninlə? Qadınsan, get yetimlərini saxla. Sən yaxşı peşəkar olsaydın, səni kanalda saxlayardılar, kəllənə bir yumruq vurub səni ordan bayıra atmazdılar.
İndi biz də ağzımızı açaq? Birini sən deyəcəksən, on beşini mən deyəcəm. Səhifə açmısan, ordan yetimlərinə zəhər qazanırsan, get qazan da… bizim adımızı çəkmə. Bəsdir də, ay abırsız, həyasız.
İş orasındadır ki, qadın qadın haqqında danışır, qadın qadına düşmənlik edir. Sən qadınsan, bir əlini vicdanının üstünə qoy, de, kiminsə balaları haqda danışıram, onun da balaları var, qulaq asırlar. Mən necə insanam, nə cürəm özüm yaxşı bilirəm. Sənin məni təqdim etməyinə ehtiyacım yoxdur”.
Müğənni əlavə edib ki, aparıcının da keçmişində səhvlər olub və bunu hamı bilir:
“Amma sən bu gün başa düş ki, sənin də həyatında səhvlərin olub. Səni istəməyən o qədər jurnalist dostların var ki… Hamı sənin keçmişini bilir də. Mən bilmirəm ki… öyrənərəm, hamısını açaram ortaya, amma istəmirəm. Deyirəm, nəyimə lazımdır, şəxsi həyatıdır, qarışmıram. Hələ başıma o iş gələndə çıxıb ağzından böyük danışmısan. Nə etmişəm sənə, güllə atmışam?”.
Rəqsanə İsmayılova fotosessiyası ilə bağlı həyat yoldaşının münasibətindən də danışıb:
“Sən mənim ərimin kişiliyindən danışırsan? Əvvəla, Fazil bəy bilir ki, onun həyat yoldaşı müğənnidir. Bütün dünyada fotosessiya edəndə yaxşıdır, bəzi müğənnilər edəndə xoşunuza gəlir, mən edəndə daşım niyə bu qədər ağır olur, düşür hamınızın təpəsinə? Elə altından qalxa bilməyəsiz.
Belə də yaxşı edirəm. Ərim icazə verir, əlimin içindən gəlir. Sənin də ətrafın var, qonum-qonşun var, hansısa mühitlərdə işləmisən. Mən də onları açıb ortaya qoyacam”.
Xatırladaq ki, bir neçə gün öncə aparıcı Səidə Bəkirqızı müğənninin fotosessiyasını tənqid etmişdi.
“Soyunmaq nə vaxtdan iddia olub? Sizi aldadıblar, fotosessiyanız heç də yaxşı görünmür”.
