Referenduma çıxarılmış məsələ yalnız səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu lehinə səs verdikdə qəbul edilmiş sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Ümumxalq səsverməsinin yekunları Mərkəzi Seçki Komissiyasının iclasında təsdiqlənir. Yekunlar rəsmi bildiriş kimi elan olunur.