Vaşinqton administrasiyasının əməkdaşları bu həftə ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi gücdən mümkün istifadə ilə bağlı yeni təkliflər təqdim edəcək.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ayın əvvəlində Tramp İranda baş verən etirazlar fonunda ölkə ərazisinə zərbələr endirilməsi barədə göstəriş verməyə yaxın olub. Lakin o, qərarı təxirə salaraq eyni zamanda regiona əlavə hərbi qüvvələr göndərib.

Portalın yazdığına görə, Ağ Evin əməkdaşları İrana zərbələrin endirilməsi variantının hələ də gündəmdə olduğunu bildirir, baxmayaraq ki, İranda etirazların böyük hissəsi yatırılıb. Mənbələr qeyd edir ki, Tramp hələlik yekun qərar qəbul etməyib.

“Axios”un məlumatına görə, ABŞ Prezidenti bu həftə ərzində əlavə məsləhətləşmələr aparacaq və ona hərbi gücdən istifadə ilə bağlı əlavə variantlar təqdim olunacaq.