Naxçıvan Ali Məclisinin aparat rəhbəri vəzifəsindən azad edilib.

Heftelik.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalanıb.

Sərəncama əsasən, Naxçıvan MR Ali Məclisinin aparat rəhbəri Ülvi Mötəbər oğlu Hüseynli tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının rəhbəri təyin edilməsi haqqında 2020-ci il fevralın 22-də Vasif Talıbov fərman imzalamışdı.

Bu barədə ilk xəbəri manset.az saytı yayıb.