Dəmir-beton konstruksiyalarda beton sıxılmasının və polad armaturun hesablanmış müqavimətləri artım əmsalları ilə təyin olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Beton üçün əmsal 1,25, polad armatur üçün 1,25-dir. Bu artım əmsalları AzDTN 2.16-1 normalarına əsaslanır. Hesablama zamanı elementlərin maksimum dayanıqlılığı təmin edilir.