Əgər birmandatlı seçki dairəsində namizəd qeydə alınmayıbsa və ya bir namizəd varsa, seçkilər iki ay müddətinə təxirə salına bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Səsvermə gününədək qeydə alınmış namizəd qalmazsa, seçkilər üç ay müddətinə təxirə salına bilər. Bu, seçkilərin qanuni və tam iştirakçı ilə keçirilməsini təmin edir.