Tikinti başa çatdıqdan sonra binanın pasportlaşdırılması və texniki vəziyyətinin qiymətləndirilməsi aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar. Geotexniki monitorinq və layihə tələbləri”ndə əksini tapıb.

Dinamik pasportlaşdırma xüsusi dinamik təsirlərə binaların reaksiyasını əhatə edir. Rəqslərin tezlikləri və sönmə dərəcələri layihə göstəriciləri ilə müqayisə edilir. Vaxtaşırı dinamik müayinələr zəlzələlərdən sonra da aparılır.