Transformator yarımstansiyasından giriş-paylayıcı qurğulara qədər kabellər odadavamlı kanallarda yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Elektrik sistemi sərfini ölçən cihazlarla təchiz olunmalıdır. Ölçülən sərf avtomatlaşdırılmış sistemə daxil edilir. Saxlanılması məqsədi ilə lampalar üçün xüsusi sahələr ayrılmalıdır.