Xarici divarlar üçün odadavamlılıq həddi 180 dəqiqə müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili divarlar isə həm yükdaşıma, həm bütövlük, həm də istilik izolyasiyası baxımından 180 dəqiqədir. Sütunlar və rigellər üçün odadavamlılıq yükdaşıma qabiliyyəti ilə normalaşdırılmır. Rabitələr və mərtəbəarası örtük elementləri üçün də 180 dəqiqə müəyyən olunur.
