Avropa İttifaqı (Aİ) İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Heftelik.az xəbər verir ki, bununla bağlı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.
Kaya Kallas qeyd edib ki, repressiyalar cavabsız qala bilməz: “Aİ xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli bir qərar verdi. Öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz sonu üçün çalışır”.
