“Avroviziya 2026” mahnı müsabiqəsini avstriyalı Viktoriya Svarovski və Maykl Ostrovski aparacaq.

Heftelik.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Viktoriya Svarovski və Maykl Ostrovski 70-ci “Avroviziya” mahnı müsabiqəsinin aparıcıları olacaqlar.

Qeyd edək ki, 70-ci “Avroviziya” mahnı müsabiqəsinin yarımfinalları 12 və 14 may tarixlərində, böyük final isə 16 mayda Avstriyada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcək.