Dəm qazı daha bir can aldı

29 Yanvar 2026, 10:43

Qubada kişi dəm qazından boğularaq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Asəf Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.