
Zəruri hallarda Milli Məclisin sessiyası qapalı iclas formasında keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində əksini tapıb.
Bu, 83 deputatın tələbi və ya Prezidentin təklifi ilə mümkündür.
Qapalı iclasların məzmunu ictimaiyyətə açıqlanmır.
