Qeydə alınmış namizədlərin şəhər, şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri ödənilir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Namizəd dairə hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq dəmir yolu və ya təyyarə ilə gediş-gəlişinin xərci ödənilir. Ödənişlər seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına həyata keçirilir.