Rusiya və Ukrayna arasında bu il ilk dəfə meyit mübadiləsi aparılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, mübadilə 1000-ə 38 nisbətində baş tutub.
Bildirilib ki, Rusiya 1000 ukraynalı hərbçinin meyitini Kiyevə, Ukrayna isə 38 rusiyalı hərbçinin meyitini Moskvaya təhvil verib.
Qeyd edək ki, sonuncu belə mübadilə ötən ilin 20 noyabrında baş tutub. Həmin mübadilə zamanı Rusiya Ukraynaya 1000 nəfərin meyitini təhvil verib, Kiyev isə 30 rusiyalı hərbçinin meyitini qaytarıb.
Keçən il Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbul danışıqları zamanı meyit mübadiləsi ilə bağlı razılaşmalar əldə edilib.
