Şəmkirdə 23 yaşlı oğlan dəm qazından zəhərlənib.
Heftelik.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini 2003-cü il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb.
Hadisə yerinə rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
