Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.

Heftelik.az Report-a istinadən  xəbər verir ki, tədbir bu gün, saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq.

Mərasimdə Liqa mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşəcək.

Səpələnməmişlər sırasında yer alan Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib olacaq.

Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vuran komandalar iştirak edəcəklər. İlk 8 yeri tutan klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.

Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb.

Səpələnmişlər (9-16-cı yerlər):

“Real” (İspaniya)

“İnter” (İtaliya)

PSJ (Fransa)

“Nyukasl” (İngiltərə)

“Yuventus” (İtaliya)

“Atletiko” (İspaniya)

“Atalanta” (İtaliya)

“Bayer 04” (Almaniya)

Səpələnməmişlər (17-24-cü yerlər):

“Borussiya” (Dortmund, Almaniya)

“Olimpiakos” (Yunanıstan)

“Brügge” (Belçika)

“Qalatasaray” (Türkiyə)

“Monako” (Fransa)

“Qarabağ” (Azərbaycan)

“Budyo-Qlimt” (Norveç)

“Benfika” (Portuqaliya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.