Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Heftelik.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də bölgədə artan hərbi gərginlik müzakirə olunub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin ABŞ və İran arasında məsələlərin həllində asanlaşdıracaq rolu üzərinə götürməyə hazır olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN başçısı Hakan Fidanla görüşəcək. Daha sonra Əraqçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.