Bu gün yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanın püskürməsi qeydə alınıb.

Heftelik.az  xəbər verir ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

***

saat 17.40

Hacıqabul və Şamaxı rayonları ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşaiyət edilib.

Vulkan püskürməsi Bakı-Qazax magistralından Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə edilib.