Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üç yeni səfirin etimadnaməsini qəbul edib.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin, İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin və Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K. Papakonstantinusun etimadnaməsini qəbul edib.
