İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 32 nəfər həlak olub.

Heftelik.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qəzzadakı səhiyyə qurumunun açıqlamasında isə bildirilib ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlarda ölənlərin sayı 71769-a çatıb.

Məlumata görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra hücumlar nəticəsində 509 nəfər ölüb, 1405 nəfər yaralanıb.