Azərbaycan incəsənətinə ağır itki üz verib.

Heftelik.az Oxu24.com-a istinadla xəbər verir ki, Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin qızı sənətşünas Ofeliya Mirzəzadə vəfat edib.

O,bu gün dəfn olunub.
Qeyd edək ki,Böyükağa Mirzəzadə (1921-2007) sovet dövrünün ən sayılıb-seçilən azərbaycanlı rəssamlarından biridir. O, portret, peyzaj, natürmort və janr kompozisiyaları kimi müxtəlif janrlarda işləmişdir. 1950-1960-cı illərdə, rus rəssamlıq məktəbinin çiçəklənən sosial realizminin ənənələrini davam etdirməklə, həmçinin, yerli mühitin və mədəniyyətin özəl elementlərini əlavə etməklə özünə məşhurluq qazandı. Onun portretlər silsiləsi öz dövrünün görkəmli simalarını özündə birləşdirir. Rəssamın əsərləri Azərbaycan muzeylərində olduğu kimi, bir çox xarici ölkələrin muzey və qalereyalarında özəl kolleksiyalarda saxlanılır. Onun “Çətir altında natürmort” əsəri Moskvada Tretyakov Qalereyasının bədii fonduna daxil edilib.