Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.

Heftelik.az  xəbər verir ki, bunu Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda 4642 şəxs dializ müalicəsi alır: “Həmin şəxslərin donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib”.

Yeganə Abbasova Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldığını qeyd edib: “Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”.