Ağdamda qadına balta ilə xəsarətlər yetirilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Salahova Gülzəndə Abbas qızı xəsarətlər alıb. O, Ağdam Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayəti törətməkdə şübhəli bilinən Ceyhun Salahov saxlanılıb. Saxlanılan şəxs xəsarət alan Gülzəndə Salahovanın əridir.
Faktla bağlı araşdırma aparılır.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yanvarın 31-də saat 10:00 radələrində 1 nəfər (qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir”.
