
Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.
Hadisə zamanı həyat yoldaşı – 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.
Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Goranboyda əri tərəfindən bıçaqlanan qadının da vəziyyəti açıqlanıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilıib ki, yanvarın 31-də saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub: “Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”.
***
saat 07.54
Goranboyda oğul ananı öldürüb, həyat yoldaşını yaralayıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1987-ci il təvəllüdlü E.Vəliyev anası – 1963-cü il təvəllüdlü Z. Əhmədova və həyat yoldaşı – 1995-ci il təvəllüdlü J. Yolçuzadənı bıçaqlayıb.
- Əhmədova hadisə yerində ölüb, J. Yolçuzadə xəstəxanaya yerləşdirilib.
E.Vəliyevin iki azyaşlı övladı var. Müharibə iştirakçısı olan E.Vəliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
