Cəlilabadda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb.

Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb və 49 yaşlı Ə.Nağıyev   2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı və  2012-ci il təvəllüdlü Nagıyev Hüseyn Musa oğluna  balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Hüseyn Nağıyevin durumunun isə ağır oduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir.