Gəncə sakininə kəsici alətlə xəsarət yetirilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.