ABŞ hərbçiləri Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub.
Heftelik.az xəbər verir ki, bu barədə Reuters ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, İran istehsalı olan “Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.
