Bakıda 51 yaşlı kişi metronun qarşısında bıçaqlanıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə “Xətai” metrosunun qarşısında baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.